Azmont Investments haqqında
Azmont Investments, hesabatlılığı, ətraf mühitin qorunmasını və korporativ sosial məsuliyyəti həmişə diqqət mərkəzində saxlayan, səmərəli və davamlı bir investisiya portfeli formalaşdırmaq üçün bütün resurslarını səfərbər etməyə qadir olan, Monteneqroda fəaliyyət göstərən investisiya şirkətidir. Şirkətin amalı və öhdəliyi, yerli icmaları cəlb etməklə təhsil, təlim, dəstək və iş imkanları vasitəsilə Monteneqro hökuməti və yerli özünüidarəetmə orqanları ilə müsbət əməkdaşlıq sinerjisi yaratmaqdır.
Azmont Investments şirkəti Azərbaycan Global İnvestisiyaları (AGI) şirkətinin törəməsidir.
Bir milyard avrodan çox dəyərə sahib olan və böyüməkdə davam edən Portonovi Rezort kompleksi, 2012-ci ildə - Azmont Investments şirkəti Monteneqro bazarı daxil olduğu il - inşa edilməyə başlamışdır. Eyni zamanda, ən müasir standartlara cavab verən Marinanın və Avropada ilk One & Only hotelinin də olduğu bu dünya səviyyəli kompleks, Azərbaycanın ölkə hüdudlarından kənarda və qeyri-enerji sektorunda ən böyük investisiya layihəsidir.
Məsuliyyətli korporativ vətəndaş kimi, şirkət düzgün planlaşdırılmış və davamlı Korporativ Sosial Məsuliyyət proqramları vasitəsilə cəmiyyətin rifahının yaxşılaşdırılımasına töhfə vermək üçün əlindən gələni edir.
Azmont-un VİZYONU
Biz peşəkar, səmərəli və davamlı şəkildə investisiyaları idarə edən, Monteneqroda və bütün regionda ən yaxşı biznes təcrübələrini tətbiq etməklə fərq yaradan şirkət olmağa çalışırıq.
Azmont-un MİSSİYASI
- Səmərəli və davamlı investisiya portfeli yaradaraq, səhmdarlarımız üçün əlverişli maliyyə nəticələrinə nail olmaq.
- Fəaliyyətimizin bütövlüyünü və müxtəlifliyini təmin etməklə, Monteneqronun və fəaliyyət göstərdiyimiz digər ölkələrin rifahına və iqtisadi inkişafına töhfə vermək.
- Ən yaxşı mütəxəssisləri işlə götürərək onların gələcək peşəkar inkişafını təmin edib, dəyərlərimizi və hesabatlılıq öhdəliklərimizi onlarla bölüşmək.