Sədrin Mesajı
2012-ci ildən fəaliyyət göstərən Azmont Investments gənc, lakin öz missiyasını - hesabatlılıq, ətraf mühitin qorunması və korporativ sosial məsuliyyətə yönəlmiş səmərəli və davamlı investisiya portfeli yaratmaq öhdəliyini - yerinə yetirmək üçün bütün resurslarını tətbiq etməyə qadir olan Monteneqroda fəaliyyət göstərən şirkətdir:
Öhdəlikərinə sadiq İnvestor olaraq, biz gündəlik işlərimizi böyük həvəs və ruh yüksəkliyi ilə yerinə yetiririk. Vizyonumuz DNT-mizdir: Biz investisiyaları peşəkar, səmərəli və davamlı şəkildə idarə edən, Monteneqroda və bütün regionda ən yaxşı biznes təcrübələrini tətbiq etməklə fərq yaradan şirkət olmağa çalışırıq.
Bizim üçün əməkdaşlıq və komanda işi məqsədlərimizə çatmaq üçün ən vacib amillərdir. Biz hər zaman Monteneqro Hökuməti, onun qurumları və agentlikləri, yerli hakimiyyət orqanları ilə birlikdə çalışacağıq. Bizimlə ən yaxşı təcrübələri tətbiq etməklə uğur və keyfiyyətə zəmanət verən tərəfdaşlarımız var.
Portonovi kimi eksklüziv, dünya səviyyəli və çoxyönlü həyat tərzi üçün nəzərdə tutulmuş kurort kompleksini ərsəyə gətirən Azmont Investments, dünya miqyaslı şirkət olaraq uzaqgörən və iddiaları olan investordur. Hazırda diqqətimiz əsasən bu layihəyə yönəlsə də, investisiya üçün yeni imkanlar da axtarırıq.
Azmont Investments, Monteneqro bazarında lider olmağa can atan, lakin eyni zamanda regionda Monteneqronun iqtisadi inkişafının və əhalinin rifahının yaxşılaşdırılmasında öz məsuliyyətini dərk edən bir şirkətdir. Gördüyümüz işlərlə biz fəaliyyətlərimizin bütövlüyünü və müxtəlifliyini təmin etməyi, Azmont tərəfindən dəstəklənən təsisatlar və maliyyələşdirilən layihələr vasitəsilə Monteneqronun və şirkətimizin fəaliyyət göstərdiyi digər ölkələrin rifahına və iqtisadi inkişafına töhfə verməyi hədəfləyirik.
Eyni zamanda biz öz sosial məsuliyyətimizi dərk edərək, sosial maraqların müdafiəsinə yönəlmiş fəaliyyətə də başlamışıq. Azmont təhsilə və idarəetməyə diqqət yetirərək, çox zaman kommersiya sponsorluğu, bilavasitə və ya bilvasitə iştirak yolu ilə mütəxəsisləri cəlb edərək yerli icmalar üçün hədəf proqramlar hazırlayıb.
İnvestor olaraq biz bu günə qədər əldə etdiyimiz nailiyyətlərlə fəxr edirik, yaxın gələcəkdə fəaliyyətimizi genişləndirməyi, gəlirlərimizi artırmağı və sosial məsuliyyətimizə sadiq qalmağı hədəfləyirik. Şirkətin arzusu və öhdəliyi Monteneqro Hökuməti və yerli hakimiyyət orqanları ilə müsbət əməkdaşlıq sinerjisini inkişaf etdirmək, eyni zamanda təhsil, təlim, dəstək və məşğulluq imkanları vasitəsilə yerli icmalarla davamlı əlaqə yaratmaqdır.
Aparıcı gücümüz olan səhmdarlarımıza, menecerlərimizə və əməkdaşlarımıza Azmont Investments olaraq əldə etdiyimiz nailiyyətlər və uğurlarda göstərdikləri səylərə görə və şirkətimizi bu səviyyəyə gətirdikləri üçün təşəkkür edirəm. İnanıram ki, biz qısa müddətdə insanların daha böyük həvəslə birlikdə çalışmaq istəyəcəkləri şirkət olacağıq.
Yeni xəyallar qurmağı unutmadan qoyulan hədəflərə uyğun olaraq planlaşdırmağa və işləməyə davam edirik. Arzulamaq, istəmək və həvəs uzun müddətli uğur əldə etmək üçün vacib amillərdir.
Ahmet Erentok
Sədr