Tərəfdaşlıq

Azmont Investments Monteneqro Hökuməti, Hökumət qurumları, Herseq Novi Bələdiyyəsi, digər yerli hakimiyyət orqanları və bizim vizyonumuzu, missiyamızı və iddialarımızı bölüşən bütün tərəfdaşlarla əl-ələ və birlikdə işləyən Monteneqroda yerləşən şirkətdir.

İnvestor olaraq, dünya səviyyəli bir şirkət olmaq üçün uzaqgörən və ambisiya ilə biz həm də investisiya etmək və üzərində işləmək üçün yeni imkanlar axtarırıq. Bunun üçün biz daxildə və xaricdə böyük komanda ilə işləyirik. 

  • Törəmə müəssisələri vasitəsilə kurortlarının, kazinolarının və lüks otellərinin aparıcı beynəlxalq operatoru olan Kerzner International Holdings Limited, Monteneqronun Herseq Novi şəhərində Boka körfəzinə baxan yeni One&Only hotelinin hazırlanması və istismarı üçün Azmont Investments ilə müqavilə bağlamışdır.

    Monteneqroda olan Portonovi`nin möhtəşəm mənzərəsində Avropada ilk One&Only hotelini təqdim edir. One&Only Hotel və iki Çimərlik Klubu zəriflik, qlamur, yerli stil və əsl qonaqpərvərliyin imzası ilə əsl zövqə malik elit qonaqlara mükəmməl təcrübəni təqdim edir. One&Only Resorts dünyanın ən gözəl yerlərində yerləşir. Daha ətraflı: www.kerzner.com, www.oneandonlyresorts.com

  • 45 ildən artıq təcrübəyə malik Chenot Group sağlamlığı, sağlam həyatı təşviq edən və vaxtından əvvəl qocalmadan qoruyan profilaktik və bərpaedici müalicələr və məhsullar üzrə ixtisaslaşan aparıcı dinamik şirkətdir. Chenot metodu Henri Chenot tərəfindən hazırlanmışdır və Biontologiyanın prinsiplərinə əsaslanır: qədim Çin texnikaları və balanslaşdırılmış qidalanma ilə yanaşı sağlamlığa vahid, elmi yanaşma təqdim edilir. Chenot axtarışı və öhdəliyi: sağlamlığa sərmayə qoymaq və hər günü xüsusi bir günə çevirməyi özündə tərənnüm edir. Sağlamlığımız, canlılığımız və gözəlliyimiz üçün bədənimizi və ruhumuzu qidalandırmaq əsas meyarlardandır. Budur ki, çoxfunksiyalı yanaşma həyatımızı və ruhumuzu burada xoş edir. Espace Chenot Health Wellness Spa Montenegro qonaqlara bədən və ruhun optimal enerji səviyyələrini bərpa etmək üçün tibbi müalicələr və fərdi detoks, gözəllik və regenerasiya müalicələri təklif edəcək. Daha ətraflı: www.chenot.com

  • 1910-cu ildən İtaliyada podratçı olan Impressa Pizzarotti 2015-ci ildə Monteneqronu yüksək səviyyəli qonaqpərvərlik nümunəsi olaraq buranın ən prestijli layihəsinin əsas podratçısı kimi təyin edilmişdir. Şirkət hazırda Avropa, ABŞ, Körfəz ölkələri və Şimali Afrikada layihələr həyata keçirir. Impresa Pizzarotti dünya miqyasında yüksək səviyyəli yaşayış, otel, xəstəxana və çoxfunksiyalı layihələrdə böyük beynəlxalq təcrübə ilə daşınmaz əmlakın tikintisinin idarə edilməsində çox güclü təcrübə və bacarıqlara malikdir. Daha ətraflı: www.pizzarotti.it

  • Monteneqro İşəgötürənlər Federasiyası (MEF)

    Azmont Investments Monteneqro İşəgötürənlər Federasiyasının (MEF) fəxri üzvüdür. MEF işəgötürənlərin çətiri və təmsilçi təşkilatıdır. Tərkibinə sahibkarlar, iri təsərrüfat subyektləri, sektor və bələdiyyə səviyyəsində işəgötürənlər assosiasiyaları, eləcə də QHT-lər daxildir. MEF güclü iqtisadiyyat və firavan Monteneqro yaratmaq məqsədi ilə işəgötürənlərin maraqlarını qoruyur, biznes mühitini yaxşılaşdırır və sahibkarlıq və məsuliyyətli biznes təcrübəsini təşviq edir. Ətraflı oxu: www.poslodavci.org

  • Monteneqro Xarici İnvestorlar Şurası (MFIC)

    Azmont Investments Monteneqro Xarici İnvestorlar Şurasının (MFIC) fəxr üzvüdür. MFIC rəsmi olaraq 2009-cu ildə qeyri-hökumət və qeyri-kommersiya təşkilatı kimi yaradılmışdır. Şuranın hazırda 28 üzvü var, təxminən 7150 yerli iş yeri təmin edir və illik dövriyyəsi təqribən 900 milyon avro təşkil edir ki, bu da Monteneqro ÜDM-nin təqribən 25%-ni təşkil edir. 2015-ci ilin oktyabr ayında, Azmont Investments nümayəndəsi cənab Rəşad Rəsullu MFIC İdarə Heyətinin üzvüdür. Daha ətraflı: www.mfic.me