Elbəy Mürsəlov
Elbəy Mürsəlov Azmont Investments şirkətinin İT direktorudur.

Elbəy Mürsəlov
Azmont Investments şirkətinin İT direktoruElbəy Mürsəlov Azmont Investments şirkətinin İT direktorudur.
Mürsəlov 2003-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının İnformatika və Hesablama Texnologiyaları fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 2005-ci ildə həmin kafedrada magistr dərəcəsi almışdır. İngilis, Azərbaycan, Türk və Rus dillərini mükəmməl bilir.
Mürsəlov əmək fəaliyyətinə 2002-ci ildə baş İT mütəxəssisi kimi başlayıb. 2006-2009-cu illərdə Subaru Azərbaycan və Mitsubishi Motors Azərbaycan şirkətlərində İT meneceri vəzifəsində çalışıb. O, şirkətin biznes proseslərinin avtomatlaşdırılması ilə məşğul olub və avtomobil sənayesi üçün həm şirkətin avtomatlaşdırma sahəsində olan ehtiyaclarını ödəməli, həm də gələcəkdə biznesin inkişafı ilə bağlı strateji planlara cavab verməli olan ERP həllərinin tətbiqinə cavabdeh olub.
2009-cu ildən başlayaraq Azərbaycanın maliyyə sektorunda təcrübəsini Muğanbank ASC-də davam etdirib. 2010-cu ildə “Bank VTB Azərbaycan” ASC-yə qoşulub və burada İT sahəsində yüksəlişi davam etdirərək müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin bir neçə komitənin üzvü olub, ən son İT İnfrastruktur Departamentinin rəhbəri kimi fəaliyyət göstərib. Bank VTB Azərbaycan ASC-də işlədiyi müddətdə o, Bankın filial şəbəkəsinin genişləndirilməsi prosesində iştirak edib və həm Bankın İT infrastrukturunun inkişafına, həm də müasir texnologiyaların tətbiqinə cavabdeh olub.
Mürsəlov 2018-ci ildə Azmont Investments komandasına IT Direktoru kimi qoşulub.