Nəriman Sərdarlı

Nəriman Sərdarlı
İdarə Heyətinin üzvü

Cənab Nəriman Sərdarlı Azmont Investments şirkətinin İdarə Heyətinin üzvüdür. Nəriman Sərdarlı 2004-cü ildə Nyu-York Siti Universitetinin Bruklin Kollecini Biznes, İdarəetmə və Maliyyə üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. Elə həmin il o, Azərbaycanda, Deloitte-də Audit üzrə mütəxəssis kimi peşəkar karyerasına başlamışdır. 2005-ci ildə PwC-nin Bakı ofisində auditor kimi işə başlayıb. 

2007-ci ildə yeni yaradılmış PAŞA Bankda Maliyyə İdarəetmə Departamentində MIS üzrə ekspert kimi işə başlayıb. Daxili və xarici maliyyə hesabatlarına cavabdeh olmuşdur. 2009-cu ildə PAŞA Holdinqin İnvestisiyalar və Layihələr Departamentində PAŞA Holdinqin PE/VC maliyyələşdirmə vasitəsinin inkişafına cavabdeh olan investisiya meneceri vəzifəsində çalışmışdır. 2009-cu ilin mart ayında PAŞA Bankın Audit Komitəsinin rəhbəri, 2010-cu ildə isə PAŞA Bankın Müşahidə Şurasının üzvü təyin edilib. 2012-ci ildə Şimal-Qərb Universitetində Kellogg School of Mangement ilə mübadilə proqramında iştirak edərək IE Business School-da Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi almaq üçün Dövlət Proqramından təqaüd almışdır. 

2015-ci il fevralın 1-dən PAŞA Holdinqin İnvestisiyalar və Layihələr Departamentinin direktoru vəzifəsinə təyin edilib.